Xəbərlər
Asiyanın yenidən birləşdirilməsi: Bakı-Tbilisi-Qars dəmir yolunun yaranma hekayəsi
09.08.2018
Cənubi Qafqaz regionundakı ölkələr coğrafi mövqelərindən yararlanmaq üçün səylərini birləşdirib. Bu regiondakı ölkələr qədim İpək Yolu dövründə olduğu kimi, yenidən körpü rolunu oynamaq istəyir. Cənubi Qafqaz Şərqi Asiya və Avropanın inkişaf edən bazarlarını birləşdirə bilər. Yeni Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu isə bərpa olunan ticarət dəhlizinin mərkəzi sinir sistemi olacaq. Yüklər Rusiyadan və onun embarqosundan yan keçməklə bu dəmir yolu vasitəsilə Avrasiyanın bir hissəsindən o biri hissəsinə 15 gün ərzində asanlıqla daşına bilər. 826 kilometr uzunluğundakı BTQ dəmir yolu Azərbaycanın Xəzər dənizi sahilindən Gürcüstanın paytaxtı Tbilisiyə qədər uzanacaq. Buradan isə cənuba doğru istiqamətlənəcək, Türkiyənin şərq hissəsindən keçərək bu ölkənin böyük dəmir yolu sisteminə birləşəcək, oradan Avropa hüdudlarına daxil olacaq. Bu dəmir yolu Çinlə Avropanı birləşdirən və ticari-nəqliyyat dəhlizi funksiyasını yerinə yetirən yeni İpək Yolu Şəbəkəsinin cənub istiqamətinin vacib hissəsinə çevriləcək.
Ətrafli